Ana Sayfa > Karusel / Dünya > Livan Baş naziri İranın Beyrutdakı müvəqqəti işlər vəkilini XİN-ə çağırmağı tapşırıb
Livan Baş naziri İranın Beyrutdakı müvəqqəti işlər vəkilini XİN-ə çağırmağı tapşırıb18-10-2024, 14:38. Yazar: Admin |
Livanın müvəqqəti Baş naziri, Prezident səlahiyyətlərinin icraçısı Nəcib Mikati xarici işlər naziri Abdallah Bouhabibə İranın Beyrutdakı müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə (XİN) çağırmağı tapşırıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Livan mediası məlumat yayıb. Bildirilib ki, Nəcib Mikati bu qərarı İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafnın Tehranın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrası ilə bağlı Fransa ilə danışıqlara hazır olduğunu bildirən şərhindən sonra verib. O, həmçinin Qalibafın sözləri ilə bağlı izahat verməsini istəyib. Mikati İranın mövqeyinin aydınlaşdırılmasının vacibliyini vurğulayıb və Abdallah Bouhabibə Livanın mövqeyini İran diplomatına çatdırmağı tapşırıb. Geri dön |