Ana Sayfa > Karusel / İqtisadiyyat > ABŞ-də kommersiya neft ehtiyatları 420 mln. barelə enib
ABŞ-də kommersiya neft ehtiyatları 420 mln. barelə enib18-10-2024, 10:36. Yazar: Admin |
Ötən həftənin yekunlarına görə, ABŞ-də kommersiya neft ehtiyatları 2 191min barel azalaraq 420 550 min barel təşkil edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilib. Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-nin kommersiya neft ehtiyatlarının 1 800 min barel artacağını proqnozlaşdırırdı. Qeyd edək ki, ABŞ-nin neft ehtiyatları haqqında məlumatlar dünya bazarında "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir. Geri dön |