Ana Sayfa > Karusel / İqtisadiyyat > ADSEA-nın binasının tikintisini tamamlayacaq şirkət məlum olub
ADSEA-nın binasının tikintisini tamamlayacaq şirkət məlum olub17-10-2024, 20:26. Yazar: Admin |
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Heydər Əliyev prospekti 103A ünvanında yerləşən yeni inzibati binasında tikinti işlərinin davam etdirilməsi üçün hazırlanmış layihə-smeta sənədləri (ehtimal olunan qiyməti 15.994.931,88 AZN təşkil etməklə) əsasında elan olunmuş satınalma müsabiqəsi başa çatıb. Bu barədə Qarabaginfo.az-ın sorğusuna cavab olaraq ADSEA-dan bildirilib. Müsabiqə nəticəsində "RİCON" MMC 13 551 318,32 manat təkliflə qalib elan olunub. Geri dön |