Ana Sayfa > Karusel / Region > Rusiya COP29-da beynəlxalq karbon bazarının yaradılması təklifi ilə çıxış edəcək

Rusiya COP29-da beynəlxalq karbon bazarının yaradılması təklifi ilə çıxış edəcək


17-10-2024, 17:36. Yazar: Admin

Rusiya noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 iqlim konfransında beynəlxalq karbon bazarının yaradılması təklifi ilə çıxış edəcək.

Bu barədə Rusiya Prezidentinin dayanıqlı inkişaf məqsədlərinə nail olunması sahəsində beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov məlumat verib.

Titovun mətbuat xidməti onun aşağıdakı fikirlərini sitat gətirir: “Əlbəttə, daxili bazarda nə istədiyimizi müəyyən etməliyik, lakin vahid şərtlərlə, karbon vahidlərinin uçotu və onların mübadiləsi üçün həqiqətən işləyən mexanizmləri olan beynəlxalq karbon bazarını formalaşdırmağa vaxt ayırmaq daha vacibdir. Çox güman ki, biz bunu gələn ildən Şanxay Əməkdaşlıq Təşkilatı miqyasında, davamlı inkişaf üçün müvafiq şuranın yaradılması ilə bağlı qərar qəbul ediləcəyi təqdirdə həyata keçirəcəyik. Tezliklə Bakıda keçiriləcək COP29 iqlim konfransında ölkəmiz bu məsələ ilə bağlı öz mövqeyini təqdim edəcək”.

Rusiya Prezidentinin xüsusi nümayəndəsi əlavə edib ki, karbon bazarının tam şəkildə fəaliyyət göstərməsi üçün dəqiq şərtlər lazımdır. O vurğulayıb: “Şirkətlər hazırda iqlim neytrallığına nail olduqlarını təntənəli surətdə təqdim etsələr də, hələ ki, bütün bunlar bir oyun kimi qiymətləndirilir. Şərtlər isə hamı üçün eyni olmalıdır”(azərtac).


Geri dön