Ana Sayfa > Karusel / Dünya > Niderland Ukraynaya "F-16"lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verib

Niderland Ukraynaya "F-16"lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verib


Dünən, 15:16. Yazar: Admin

Niderland Ukraynaya "F-16"lardan Rusiya ərazisinə zərbə endirməyə icazə verib

Niderland Ukraynaya tədarük edilən “F-16” qırıcılarından Rusiya ərazisindəki hərbi obyektlərə zərbə endirməyə icazə verib.

Qarabaginfo.az “ukrinform“a istinadən xəbərinə görə, bu açıqlamanı Niderlandın müdafiə naziri Ruben Brekelmans verib.

O bildirib ki, bu qərar beynəlxalq hüququn prinsipləri nəzərə alınmaqla verilib:

“Biz hər zaman Ukraynanın beynəlxalq hüquqa riayət etməli olduğunu demişik. Beynəlxalq hüquq prinsiplərində zəruri hallarda aviazərbələrin endirilməsi məsələsində məsafə faktoru nəzərə alınmayıb. Biz Ukraynaya “F-16” qırıcılarından özünümüdafiə məqsədilə istifadə etməyə, eləcə də Rusiya ərazisindəki aerodromlara zərbələr endirməyə icazə veririk”.


Geri dön