Ana Sayfa > Karusel / İqtisadiyyat > TAP ilə Avropaya 40 mlrd. kubmetr qaz nəql olunub
TAP ilə Avropaya 40 mlrd. kubmetr qaz nəql olunubDünən, 12:15. Yazar: Admin |
Təqribən dörd il ərzində Azərbaycan qazını Avropaya çatdıran Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə 40 mlrd. kubmetr qaz nəql edilib. Bu barədə Qarabaginfo.az-a TAP Konsorsiumuna istinadən xəbər verir. “TAP 4 il ərzində Avropaya 40 milyard kubmetr qaz nəql edib. Bu mərhələ Yunanıstan, İtaliya, Albaniya və İsveçrədəki komandalarımızın fədakarlığını nümayiş etdirir. Biz Avropanın enerji təhlükəsizliyini və davamlılığını dəstəkləmək üçün 2026-cı il üçün illik (gücünə - red) 1,2 mlrd. kubmetr əlavə etmək yolundayıq”, - məlumatda qeyd olunub. Trans-Adriatik Boru Kəməri (TAP) Azərbaycanın Xəzər dənizindəki “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunan təbii qazın Avropaya nəqli üzrə həyata keçirilən enerji layihələrinin kompleks dəyər zənciri olan Cənub Qaz Dəhlizinin (CQD) Avropa qoludur. Hazırda TAP-ın səhmdarları bunlardır: BP - 20%, SOCAR (CQD) - 20%, “Snam S.p.A.” - 20%, “Fluxys” -20%, “Enagás” -20%. Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən TAP vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb. Geri dön |