Ana Sayfa > Karusel / Qarabağ > Prezidentin köməkçisi: "Düşmən döyüş meydanından qorxaraq qaçır"

Prezidentin köməkçisi: "Düşmən döyüş meydanından qorxaraq qaçır"


29-10-2020, 11:49. Yazar: Admin

 

Prezidentin köməkçisi: Düşmən döyüş meydanından qorxaraq qaçır

“Dünən ermənilərin Bərdə şəhərinə hücumu nəticəsinə 21 nəfər həyatını itirib, 70-ə yaxın insan yaralanıb. Bu, müharibə cinayətidir, hərbi cinayətdir”.

Qarabaginfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında hazırda Bərdə şəhərində olan Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, Ermənistan siyasi-hərbi rəhbərliyi bunu qəsdən və məqsədyönlü şəkildə edir:

“Əgər onların cəsarəti çatsaydı, döyüş meydanında, real hərbi əməliyyatlarda iştirak edərdilər. Döyüş meydanından qorxaraq qaçırlar və mülki insanlara qarşı bu kimi cəsarətsiz addımları həyata keçirirlər”.


Geri dön