Ana Sayfa > Karusel / Siyasət > Aİ: Azərbaycanın enerji səmərəliliyi ilə bağlı səylərini dəstəkləyəcəyik

Aİ: Azərbaycanın enerji səmərəliliyi ilə bağlı səylərini dəstəkləyəcəyik


17-10-2024, 12:06. Yazar: Admin

Aİ: Azərbaycanın enerji səmərəliliyi ilə bağlı səylərini dəstəkləyəcəyik

Avropa İttifaqı Azərbaycanın enerji səmərəliliyi, "yaşıl siyasət"in hazırlanması ilə bağlı səylərini gələcəkdə də dəstəkləməyi planlaşdırır.

Qarabaginfo.az xəbər verir ki, bunu "Yaşıl texnologiya və dayanıqlı inkişaf" mövzusunda Bakıda keçirilən Mərkəzi Baltik və Azərbaycan biznes forumunda Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko deyib.

O bildirib ki, bir sıra müxtəlif ikitərəfli layihələr vasitəsilə Avropa İttifaqı Azərbaycan hakimiyyətinin enerji səmərəliliyi ilə bağlı çərçivə proqramlarını, "yaşıl siyasət"in hazırlanması, davamlı su idarəçiliyi və davamlı gələcək üçün vacib olan digər sahələr üzrə səylərini dəstəkləyib və gələcəkdə də dəstəkləməyi planlaşdırır.

P. Mixalkonun sözkərinə görə, COP29 ərəfəsində Avropa İttifaqı Azərbaycanla bu yaxınlarda yeni tərəfdaşlığa başlayıb: "Bu yaxınlarda biz COP29-a qədər təbii ehtiyatlarımızın qorunması ilə bağlı məlumatlılığı artırmaq üçün ictimai kampaniyaya başladıq. Kampaniyanın adı “Planetimiz üçün – təhlükəsiz su, təmiz hava, təmiz torpaq və yaşıl enerji”dir. Bu kampaniya çərçivəsində seminarlar və təqdimatlar, sosial media tədbirləri, müxtəlif tədbirlər və foto müsabiqələr kimi bir çox müxtəlif fəaliyyətlər həyata keçirəcəyik".


Geri dön