Ana Sayfa > Karusel / Kriminal > Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs hakim qarşısına çıxır

Beynəlxalq terrorçuluğu maliyyələşdirən şəxs hakim qarşısına çıxır


Dünən, 11:03. Yazar: Admin

beynelxalq-terrorculugu-maliyyelesdiren-sexs-hakim-qarsisina-cixir

Beynəlxalq terrorçuluğu maliyyələşdirmə ittihamı ilə həbs edilmiş Yusif Əliyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

Qarabaginfo.az xəbər verir ki, toplanmış materiallar ittiham aktı ilə birlikdə baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.

İşi Elmin Rüstəmovun sədrlik etdiyi hakimlər araşdıracaq.

Qeyd edək ki, Əliyev Yusif Sultan oğlu DTX tərəfindən keçirilən əməliyyatla tutulub. 

İstintaqla müəyyən edilib ki, Yusif Əliyev “Telegram” və “WhatsApp” sosial şəbəkələrində müxtəlif qapalı qruplar yaradıb. Həmin qruplarda topladığı pul vəsaitlərini beynəlxalq terror təşkilatının maliyyələşdirilməsi məqsədilə xarici ölkələrə köçürülməsi işini təşkil edib.

Qeyd olunan əmələ görə, ona Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğu maliyyələşdirmə) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. 

Bu maddənin sanksiyasında 10 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.


Geri dön