Ana Sayfa > Karusel / Siyasət > COP29 zamanı mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTO

COP29 zamanı mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTO


17-10-2024, 10:11. Yazar: Admin

COP29 zamanı mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi müzakirə olunub - FOTO

Heydər Əliyev Beynəlxalq Aeroportunda Aviasiya Təhlükəsizliyi üzrə Aeroport İdarələrarası Komissiyasının 7-ci iclası keçirilib. Tədbirdə “Azərbaycan Hava Yolları” QSC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi, eləcə də hava nəqliyyatı sahəsində güc strukturlarının və digər aviasiya subyektlərinin rəhbər heyəti iştirak ediblər.

Qarabaginfo.az Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadən xəbər verir ki, iclasda mülki aviasiya təhlükəsizliyinin gücləndirilməsi və sərnişinlərin təhlükəsizliyinin ən yüksək səviyyədə təmin edilməsi əsas müzakirə mövzusu olub. Bu istiqamətdə qanunsuz müdaxilə aktlarına qarşı ilkin cavab tədbirlərini özündə əks etdirən Təlim Planı, təhlükəsizlik zonalarının optimallaşdırılması və təhdidlərin qiymətləndirilməsi ilə bağlı geniş müzakirələr aparılıb. Aviasiya təhlükəsizliyinin davamlı inkişafı üçün müvafiq qurumlar arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, tədbirdə Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) zamanı təhlükəsizlik tədbirlərinin gücləndirilməsi mövzusu ətrafında da fikir mübadiləsi aparılıb. Konfrans müddətində sərnişin axınına nəzarət, risklərin effektiv idarə olunması üçün əlavə tədbirlər müzakirə edilib.

Qeyd edək ki, bu kimi mütəmadi keçirilən görüşlər mülki aviasiyasının təhlükəsizliyinin beynəlxalq standartlara uyğun inkişaf etdirilməsinə və mümkün təhdidlərə qarşı qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsinə mühüm töhfə verir.


Geri dön