Ana Sayfa > Karusel / Region > Zaxarova NATO-nun Cənubi Qafqazdakı fəallığından danışıb

Zaxarova NATO-nun Cənubi Qafqazdakı fəallığından danışıb


16-10-2024, 20:32. Yazar: Admin

Zaxarova NATO-nun Cənubi Qafqazdakı fəallığından danışıb

NATO-nun Cənubi Qafqazdakı fəallığı destruktiv xarakter daşıyır.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, NATO-nun əsl məqsədi regionu Rusiya ilə qarşıdurma meydanına çevirmək, ölkələri bir-birinə qarşı qoymaq, sonra isə bundan faydalanmaqdır.

“Moskva o mövqedən çıxış edir ki, regionda qərarlar bu region ölkələrinin özləri tərəfindən qəbul edilməlidir”, - deyə Zaxarova vurğulayıb.


Geri dön