Ana Sayfa > Karusel / Region > Rəsmi Moskva Paşinyanın Zəngəzur dəhlizinə monitorinqin FTX-ya verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib

Rəsmi Moskva Paşinyanın Zəngəzur dəhlizinə monitorinqin FTX-ya verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib


16-10-2024, 20:28. Yazar: Admin

Rəsmi Moskva Paşinyanın Zəngəzur dəhlizinə monitorinqin FTX-ya verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib

Rəsmi Moskva Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur dəhlizinə ancaq monitorinq funksiyasının Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə verilə biləcəyi ilə bağlı bəyanatına münasibət bildirib.

Qarabaginfo.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ölkəsinin Cənubi Qafqazda kommunikasiyaların açılması və Azərbaycanla Naxçıvan Muxtar Respublikasını birləşdirəcək yola nəzarətlə bağlı üçtərəfli formatda əldə olunan razılaşmaları əsas götürdüyünü söyləyib.

Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin tapşırığı ilə yaradılan üçtərəfli işçi qrup tərəfinin bu istiqamətdə böyükiş görülüb, Azərbaycanın əsas hissəsindən və Naxçıvandan Ermənistanın Syunik vilayətindən tranzit daxil olmaqla dəmiyolu əlaqəsinin blokdan çıxarılmasının əsas parametrləri razılışadırılıb. “Ona görə də, biz buna (üçtərəfli razılaşmalara-red) alternativ görmürük və bu istiqamətdə işləməyə davam edəcəyik”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.


Geri dön