Ana Sayfa > Karusel / Dünya > Kreml Ukraynanın Qələbə planına münasibət bildirib

Kreml Ukraynanın Qələbə planına münasibət bildirib


16-10-2024, 14:06. Yazar: Admin

Kreml Ukraynanın Qələbə planına münasibət bildirib

"Kiyev rejiminin başçısı Vladimir Zelenski, görünür, öz sülh planını ABŞ-nin son ukraynalıya qədər döyüşməklə bağlı diktə etdiyi siyasətin davamı kimi təqdim edir".

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zelenskinin Ukraynanın Rusiya ilə müharibədə Qələbə planına münasibət bildirərkən deyib.

“Artıq neçə həftədir ki, bir növ müvəqqəti sülh planı haqqında danışılır... Çox güman ki, bu, Zelenskinin indi kamuflyaj edib “sülh” adlandırdığı, Amerikalıların sonuncu ukraynalıya qədər bizimlə döyüşmək planı ilə eynidir. Görünür, bu belədir. Orada hansısa başqa plan yoxdur", - deyə Kremlin sözçüsü vurğulayıb.


Geri dön