Ana Sayfa > Karusel / Dünya > Sırski Britaniya Baş Qərargah rəisi ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsini müzakirə edib
Sırski Britaniya Baş Qərargah rəisi ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsini müzakirə edib16-10-2024, 11:28. Yazar: Admin |
Ukrayna ordusunun baş komandanı Aleksandr Sırski Böyük Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Toni Radakinlə telefon söhbətində Rusiyanın dərinliklərinə zərbələrin endirilməsi məsələsini müzakirə edib. Qarabaginfo.az-ın “Ukraine-Narichten” saytına istinadən xəbərinə görə, Radakin Ukrayna rəsmisinin diqqətinə Böyük Britaniyanın Qələbə Planı ilə bağlı təkliflər üzərində işlədiyini açıqlayıb. Sırski isə deyib ki, ordunun silahlanması, eləcə də şəxsi heyətin döyüş hazırlığı və yüksək texnologiyalı silah-sursat, habelə hərbi texnikadan istifadə bacarıqlarının yüksəldilməsi kimi məsələlər iki dövlət arasında əməkdaşlığın təməl prinsiplərini təşkil edir. Geri dön |