Yer kürəsi üçüncü dünya müharibəsinə mümkün olduğu qədər yaxınlaşıb.
Qarabaginfo.az xəbər verir ki, bunu ABŞ-nin keçmiş prezidenti Donald Tramp Bloomberg-ə müsahibəsində deyib.
Tramp Amerika administrasiyasının rəhbəri olduğu müddətdə bir çox ölkələri müharibədən çəkindirdiyini deyib, lakin bu cür hərəkətlərə dair konkret nümunələr göstərməyib.