Ana Sayfa > Karusel / Siyasət > Aİ Ukrayna ərazisindən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır
Aİ Ukrayna ərazisindən Rusiya qazının tranzitini dayandırmağa hazırlaşır15-10-2024, 23:38. Yazar: Admin |
Aİ ölkələri Rusiya qazının Ukrayna ərazisindən tranzitini dayandırmağa hazırlaşır. Qarabaginfo.az “RIA Novosti”yə istinadən xəbər verir ki, Aİ-nin enerji məsələləri üzrə komissarı Kadri Simson bildirib. Onun sözlərinə görə, Rusiya qazının Ukrayna ərazisindən tranziti ilə bağlı müqavilənin müddəti 2024-cü ilin sonunda başa çatır. Simson qeyd edib ki, Aİ-ni bu fonda qaz qıtlığını gözləmir. “Biz bu müqavilənin müddətinin bitməsindən xəbərdarıq və buna tam hazırıq. Avropa İttifaqında qaz ehtiyatları 95% səviyyəsindədir, bu, mavi yanacaq qıtlığının qarşısını alacaq, həmçinin qiymətləri sabit səviyyədə saxlayacaq”, - Aİ rəsmisi əlavə edib. Geri dön |