Ana Sayfa > Karusel / Mədəniyyət > Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb15-10-2024, 17:44. Yazar: Admin |
“TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu barədə Qarabaginfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənədi mədəniyyət nazirinin müavini Səadət Yusifova və TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov imzalayıblar. Mədəniyyət nazirinin müavini Səadət Yusifova layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, imzalanmış müqaviləyə əsasən teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir. Geri dön |