Ana Sayfa > Karusel / Qarabağ / İnfrastruktur > Laçında daha 3 kənddə tikinti işlərinə başlanılacaq

Laçında daha 3 kənddə tikinti işlərinə başlanılacaq


15-10-2024, 16:31. Yazar: Admin

Laçında daha 3 kənddə tikinti işlərinə başlanılacaq

Gələn il Laçın rayonunun infrastrukturunun bərpası istiqamətində səylərimizi davam etdirəcəyik.

Qarabaginfo.az xəbər verir ki, bunu Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətində İcraçı direktorun vəzifələrini icra edən Tofiq İslamov Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib.

O, bildirib ki, Laçın rayonunda bərpa, tikinti və idarəetmə xidməti tərəfindən layihələndirmə işləri üzrə artıq 3 müqavilə imzalanıb, daha 7 müqavilənin üzərində işlər davam etdirilir:

“Laçının Qorçu qəsəbəsi, Pircahan və Şəlvə kəndlərində tikinti işlərinin başlanması planlaşdırılır”.


Geri dön