Ana Sayfa > Karusel / Qarabağ / İqtisadiyyat > Ağdamın Baş Qərvənd kəndində "Ağıllı kənd"’ salınacaq
Ağdamın Baş Qərvənd kəndində "Ağıllı kənd"’ salınacaq15-10-2024, 16:28. Yazar: Admin |
Ağdam şəhərində yaşayış məhəllələrinin tikintisinə bu ilin iyununda başlanılıb. Hazırda 2 - ci yaşayış məhəlləsi üzrə 11 kvartalda tikinti işləri davam edir. Qarabaginfo.az xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorun müavini Səbuhi Abdullayev Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən panel müzakirəsində deyib. S.Abdullayevin sözlərinə görə, Baş Qərvənd kəndində söküntü şaquli planlaşdırma işləri yekunlaşmaq üzrədir: “Ağdamın ən böyük kəndlərindən biri olan Baş Qərvənd kəndində ‘’Ağıllı kənd’’ layihəsi icra ediləcək. Burada tətbiq ediləcək “ağıllı həllər” Slovakiyanın mütəxəssisləri və mühəndisləri tərəfindən reallaşdırılacaq. Layihə çərçivəsində ümumilikdə ərazisi 476 hektar olan kəndin tamamilə yenidən qurulması, “ağıllı kənd” kimi bərpası nəzərdə tutulur. Birinci fazada burada 275 hektar ərazidə 851 ədəd fərdi evin tikintisi planlaşdırılır. ‘’Ağıllı kənd’’də tətbiq ediləcək yeniliklərdən söz açmaq istəyirəm. İlkin olaraq qeyd edim ki, burada ağıllı texnologiyalardan istifadə ediləcək.Tullantıların utilizasiyası, yaşıl enerjidən istifadə və kanalizasiya təmizləmə qurğusu quraşdırılacaq. Bütün növ qəanətli texnologiyalar ‘’Ağıllı kənd’’ konsepsiyası çərçivəsində tətbiq ediləcək. Təbii materiallardan olan evlərin inşası,həmçinin evlər üçün smart texnologiyaların istifadəsi də nəzərdə tutulur. Bütün bunlarla paralel alternativ enerji ilə çalışan daha müasir bəzi innovativ texnologiyaların da gələcəkdə tətbiq edilməsi nəzərdən keçirilə bilər. Misal üçün günəş enerjisi ilə çalışanistilik nasoslarının tətbiqi,elektormobillər üçün elektrikdoldurma məntəqələri, günəş kollektorları, günəş əsaslı avtomobil parkı və digərlərini göstərmək olar”. Geri dön |