Ana Sayfa > Karusel / İnfrastruktur > AYNA avtomobillərin hərəkətinə icazə verilən avtobus zolaqları olan küçələri açıqlayıb
AYNA avtomobillərin hərəkətinə icazə verilən avtobus zolaqları olan küçələri açıqlayıb15-10-2024, 16:00. Yazar: Admin |
Paytaxtın bir sıra küçələrində təşkil edilən COP29 zolaqlarından 31 oktyabr tarixinədək minik avtomobilləri də istifadə edə bilər. Qarabaginfo.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir ki, bu küçələr aşağıdakılardır: Bünyad Sərdarov Həsən Seyidbəyli Şeyx Şamil Mirzəağa Əliyev Adbulla Şaiq Həsənoğlu Mikayıl Üseynov (Bayraq meydanı istiqamətində) Xocalı prospekti Şah İsmayıl Xətai prospekti Zuğulba yolu Zığ şossesi Qeyd edilib ki, bu zolaqlarda hələ ki 5.9 – “Marşrut nəqliyyat vasitələri üçün zolaq” yol nişanları quraşdırılmayıb. Zolaqlar 1 noyabr tarixindən qüvvəyə minəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək. Bu yanaşma yaxın günlərdə bir sıra küçələrdə təşkil ediləcək xüsusi hərəkət zolaqlarına da aid edilir. Həmin küçələr: Gülarə Qədirbəyova Niyazi İstiqlaliyyət Üzeyir Hacıbəyov Bakıxanov Koroğlu Rəhimov Neftçilər prospekti Heydər Əliyev prospekti Mehdi Hüseyn Teymur Elçin Parlament prospekti Nəriman Nərimanov Mikayıl Müşfiq Salyan şosesi Hava limanı şosesi Bülbül prospekti Azadlıq prospekti Həsən Əliyev Geri dön |