Ana Sayfa > Karusel / Dünya > Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub
Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində dialoqu dondurub15-10-2024, 11:24. Yazar: Admin |
Böyük Britaniya Gürcüstanla təhlükəsizlik sahəsində illik dialoqu, eləcə də müdafiə sahəsi ilə bağlı digər danışıqları dondurub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Britaniyanın Gürcüstandakı səfiri Garet Uord yerli mediaya açıqlamasında bildirib. Məlumata görə, qərara səbəb Gürcüstandakı demokratik geriləmədir. “Mən gözləyirdim ki, biz Gürcüstanın dayanıqlığını və bizim ümumi rifahımızı gücləndirmək üçün birlikdə çalışacağıq, lakin son bir il ərzində Gürcüstan hökuməti fərqli kurs seçib”, - səfir deyib. Diplomat əlavə edib ki, Gürcüstan hökumətinin hərəkətləri Britaniyanın Gürcüstanda “demokratiyanın tənəzzülü və anti-Qərb ritorikası" ilə bağlı narahatlığının artırmasına səbəb olub. Geri dön |