Ana Sayfa > Karusel / Siyasət > Şimali Koreya ordusu Cənubi Koreyaya gedən yolları partladıb
Şimali Koreya ordusu Cənubi Koreyaya gedən yolları partladıb15-10-2024, 08:03. Yazar: Admin |
Koreya Xalq Demokratik Respublikası ölkəni Cənubi Koreya ilə birləşdirən yol infrastrukturunu partladıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb. Hesabatda qeyd edilir ki, tədbirlər yarımadanın qərb və şərqindəki nəqliyyat xətlərinə təsir edib. "Şimali Koreya günorta saatlarında hərbi demarkasiya xəttinin şimalındakı yolların hissələrini partladıb. Ordumuz hazırlığı və nəzarəti artırır", - məlumatda deyilir. Geri dön |