Ana Sayfa > Karusel / Dünya > Borel: Humanitar qanunlar Qəzza zolağının xarabalıqları altında basdırılıb

Borel: Humanitar qanunlar Qəzza zolağının xarabalıqları altında basdırılıb


15-10-2024, 07:57. Yazar: Admin

Borel: Humanitar qanunlar Qəzza zolağının xarabalıqları altında basdırılıb

Hazırda Qəzza zolağında humanitar vəziyyət o qədər acınacaqlıdır ki, oradakı humanitar qanunlar sözün əsl mənasında xarabalıqlar altında basdırılıb.

Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borel Lüksemburqda keçirilən Aİ xarici işlər nazirlərinin görüşündən sonra mətbuat konfransında deyib.

“Biz Qəzzada humanitar vəziyyəti unutmamalıyıq. Oraya gələn yardımın miqdarı müharibə başlayandan bəri ən aşağı səviyyədədir. ABŞ prezidentliyinə namizəd Kamala Harris bu gün bildirib ki, son iki həftə ərzində Qəzzaya heç bir ərzaq çatmayıb. Ehtiyaclar sürətlə artır. 40 mindən çox insan həlak olub və qorxuram ki, humanitar hüquq da bu müharibənin qurbanı olsun”, - deyə o bildirib.

Avropalı diplomat bildirib ki, 400 min yerli sakin bölgədən təxliyə əmri alıb, lakin onların gedəcək yerləri yoxdur və buna görə də insanlar sadəcə olaraq tələyə düşüblər və bombardmana məruz qalma riski var.


Geri dön