Ana Sayfa > Karusel / Dünya > İsrail təyyarələri Livan və Suriya arasındakı sərhəd keçid məntəqəsinə hücum edib
İsrail təyyarələri Livan və Suriya arasındakı sərhəd keçid məntəqəsinə hücum edib15-10-2024, 07:49. Yazar: Admin |
İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın şimalındakı Hermel bölgəsində sərhəd keçid məntəqəsinə zərbələr endiriblər. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Şam FM” radiostansiyası məlumat verib. Məlumata görə, təyyarələr Cermaş kəndi yaxınlığındakı nəzarət-buraxılış məntəqəsindən Suriyaya gedən yola hücum edib. Oktyabrın 14-də sərhəddə yerləşən əl-Ayn şəhərində humanitar yardım daşıyan karvan Livanın şimal-şərqindəki Baalbek şəhərinə gedərkən havadan atəşə tutulub. Sürücülərdən biri xəsarət alıb. Livanın Kənd Təsərrüfatı Naziri vəzifəsini icra edən Abbas əl-Hac Həsən hesab edir ki, İsrailin sərhəd-keçid məntəqələrinə və humanitar karvanlara aviazərbələr endirməsi elan olunmamış blokada kimi qiymətləndirilməlidir. Geri dön |