Ana Sayfa > Karusel / İqtisadiyyat > Sənaye istehsalı artıb
Sənaye istehsalı artıb14-10-2024, 13:16. Yazar: Admin |
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-sentyabr aylarında 47,8 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz çox sənaye məhsulu istehsal edilmiş, məhsul istehsalı neft-qaz sektorunda 0,6 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artıb. Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, sənaye məhsulunun 64 faizi mədənçıxarma sektorunda, 30,2 faizi emal sektorunda, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. "Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 4 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 5,2 faiz artıb", - məlumatda qeyd olunur. Geri dön |