Ana Sayfa > Karusel / Dünya > Almaniyada Berlin prosesinin 10-cu sammiti keçiriləcək

Almaniyada Berlin prosesinin 10-cu sammiti keçiriləcək


14-10-2024, 13:14. Yazar: Admin

Almaniyada Berlin prosesinin 10-cu sammiti keçiriləcək

Bu gün Almaniya Balkan liderlərini 10-cu Berlin Prosesi sammitində qəbul edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “DW” məlumat yayıb.

Almaniya kansleri Olaf Şolts bu gün Berlində 6 Qərbi Balkan ölkəsinin liderlərini Avropa İttifaqı ilə daha sıx əlaqələr qurmaq məqsədi daşıyan sammitdə qəbul etməyə hazırlaşır.

Sammitdə Avropa İttifaqının Prezidenti Ursula Von der Leyenlə yanaşı, 9 Aİ ölkəsi və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı gözlənilir.

Liderlər həmçinin Berlin Prosesi kimi tanınan platformanın 10-cu ildönümünü qeyd edəcəklər.

Qeyd edək ki, ilk olaraq Almaniyanın təşəbbüsü ilə həyata keçirilən Berlin Prosesi 6 Qərbi Balkan ölkəsini Aİ-yə yaxınlaşdırmağı hədəfləyir.


Geri dön