Ana Sayfa > Karusel / Dünya > Bayden qasırğadan təsirlənən ərazilərin bərpasına 612 milyon dollar ayırıb

Bayden qasırğadan təsirlənən ərazilərin bərpasına 612 milyon dollar ayırıb


14-10-2024, 07:41. Yazar: Admin

Bayden qasırğadan təsirlənən ərazilərin bərpasına 612 milyon dollar ayırıb

Ağ Ev Milton və Helen qasırğalarından zərər görən bölgələrə 612 milyon dollar ayırır.

Qarabaginfo.az xəbər verir ki , bunu ABŞ Prezidenti Co Bayden Floridada çıxışı zamanı deyib.

Bildirilib ki, sözügedən vəsait təsirə məruz qalan ərazilərin elektrik təchizatının bərpasına kömək edəcək, həmçinin regionun enerji sistemini təkmilləşdirərək, onu gələcək fəlakətlərə daha davamlı edəcək.

Baydendən sonra çıxış edən energetika naziri Cennifer Qranholm bildirib ki, ştatın zədələnmiş elektrik şəbəkələrinin təxminən 75%-i artıq bərpa olunub və ümumi iş oktyabrın 15-i axşam saatlarında yekunlaşacaq.


Geri dön