Ana Sayfa > Karusel / Dünya > Rza Zərrab davasında gözlənilməz səs yazısı

Rza Zərrab davasında gözlənilməz səs yazısı


19-12-2017, 09:14. Yazar: Admin

 

Rza Zərrab davasında gözlənilməz səs yazısı

Oxunma sayı: 2825

 

ABŞ-da həbsdə olan iş adamı Rza Zərrab və “Halkbank”ın keçmiş icraçı direktoru Hakan Atillanın məhkəmə prosesində gözlənilməz hadisə baş verib.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Zərrabın 15 sentyabr 2016-cı ildə həbsxanada olduğu zaman dayısı Əhəd Xabbazla telefon danışığının səs yazısı məhkəmə prosesi zamanı təqdim edilib.

Zərrab telefon danışğında dayısına yalan danışmaq məcburiyyətində olduğunu bildirib:

“Əgər ABŞ-da həbs edilmisənsə, azadlığa çıxmaq üçün ya yalan danışmalısan, ya da etmədiyin cinayətləri boynuna almalısan. Günahını boynuna aldıqdan sonra azadsan. Məsələ bundan ibarətdir: azad olmaq. Baş verənləri udacaqsan”.

Hazırda məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, korrupsiya və “çirkli pulların yuyulması”nda ittiham edilərək 2016-cı ilin martında etibarən ABŞ-da həbsdə olan Zərrab, ötən həftə hakim qarşısında dindirildiyi zaman etiraflar etmişdi.

 

 


Geri dön