Ana Sayfa > Karusel / İqtisadiyyat > “Boeing” yaxın aylarda işçilərinin 10%-ni ixtisar edəcək
“Boeing” yaxın aylarda işçilərinin 10%-ni ixtisar edəcək12-10-2024, 08:23. Yazar: Admin |
Amerikanın “Boeing” korporasiyası biznes çətinlikləri səbəbindən yaxın aylarda rəhbər işçilər də daxil olmaqla bütün işçi qüvvəsinin 10%-ni ixtisar edəcək. Qarabaginfo.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yerləşdirilib. “Önümüzdəki aylarda biz bütün işçi qüvvəmizin sayını təxminən 10% azaltmağı planlaşdırırıq. Bu ixtisarlar rəhbərlərə, menecerlərə və işçilərə təsir edəcək”, - məlumatda deyilir. Geri dön |