Ana Sayfa > Karusel / İdman > Mesut Özil Azərbaycanda futbol akademiyası açır?

Mesut Özil Azərbaycanda futbol akademiyası açır?


11-10-2024, 21:54. Yazar: Admin

Almaniya yığmasının Türkiyə əsilli sabiq üzvü Mesut Özil Azərbaycanda idman akademiyası açmaq niyyətindədir.

Bu bərədə sabiq futbolçunun özü “Qarabağ”ın açıq məşqində iştirak etdikdən sonra mətbuat konfransında bildirib.

O, deyib: “Çox şadam ki, buradayam. Türkiyədə “Mesut Özil İdman Akademiyası” açacağıq. Azərbaycanda da həmçinin. Bununla bağlı görüşlər olacaq. Müsbət olacağını düşünürük. Burada azarkeşlər məni sevindirdi. Dəstəyə görə təşəkkür edirəm. Çox qürurlandım”.

Qeyd edək ki, Türkiyə və Azərbaycandan sonra Özilin idman akademiyası dünyanın bir çox ölkələrində fəaliyyət göstərəcəyi planlaşdırılır. (Qol.az)

 

Geri dön