Ümumbəşəri sülhü yalnız hər bir dövlətin və xalqın fikrini nəzərə almaqla təmin etmək olar.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Türkmənistandakı beynəlxalq forumda deyib.
Rusiya lideri bir-birinin adət-ənənələrinə və suverenliyinə hörmət etməyə çağırıb.
“Biz əminik ki, ümumbəşəri sülhü və hərtərəfli inkişafı yalnız hər bir xalqın rəyi nəzərə alınmaqla, hər bir dövlətin öz suveren kursu, dünyagörüşü, adət-ənənələri və dini ideyaları ilə bağlı fikirlərinə hörmət etməklə təmin etmək olar”, – Putin bildirib.