Ana Sayfa > Karusel / Dünya > Zelenski Britaniya Baş nazirinə Qələbə Planını təqdim edib

Zelenski Britaniya Baş nazirinə Qələbə Planını təqdim edib


10-10-2024, 18:23. Yazar: Admin

öyük Britaniyanın baş naziri Keir Strarmer - Ukrayna prezidenti Vladimir Zelenski

 

Londona səfər edən Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyanın Baş naziri Keir Strarmerlə görüşdə ölkəsinin Rusiya ilə müharibədə qələbəsini nəzərdə tutan planı təqdim edib.

Qarabaginfo.az “Sky News“a istinadən xəbərinə görə, tərəflər müttəfiqlərlə birlikdə onun üzərində iş aparılması barədə razılıq əldə edib.

Ukrayna lideri deyib ki, sözügedən sənəd müharibənin ədalətli şəkildə başa çatdırılmasını ehtiva edir:

“Müəllifi olduğumuz planın əsas müddəası müharibənin ədalətli olaraq yekunlaşması ilə bağlı tədbirləri müəyyənləşdirir. Plana əsasən Ukrayna ordusunun Kursk istiqamətindəki hərbi əməliyyatları davam etdirməsi də nəzərdə tutulur. Mən fürsətdən istifadə edib ölkəmizi uzaqmənzilli silahlarla təchiz etdiyi üçün Böyük Britaniyaya təşəkkür edirəm”.


Geri dön