Ana Sayfa > Karusel / Qarabağ > Cəbrayıl və Füzulidə yeni yaşıllıq sahələri salınacaq

Cəbrayıl və Füzulidə yeni yaşıllıq sahələri salınacaq


10-10-2024, 14:07. Yazar: Admin

Cəbrayıl və Füzulidə yeni yaşıllıq sahələri salınacaq

İşğaldan azad edilmiş ərazilərdə yerüstü su ehtiyatlarının qiymətləndirilməsi məqsədilə 10 çay üzərində 11 avtomat hidroloji stansiya quraşdırılaraq isifadəyə verilib.

Qarabaginfo.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

O həmçinin qeyd edib ki, bu ərazilərdə hidrometeorloji vəziyyətin öyrənilməsi məqsədilə 5 avtomat meteoroloji, 4 radioekoloji və 3 aqrometeoroloji stansiya quraşdırılaraq isifadəyə verilib.

Nazir müavini bildirib ki, Zəngilan rayonu ərazisində 55,0 ha, Ağdam rayonu ərazisində 11,0 ha və Cəbrayıl rayonu ərazisində 20,0 ha yeni yaşıllıq sahəsi salınıb:

“Hazırda Cəbrayıl rayonu ərazisində 30,0 ha və Füzuli rayonu ərazisində 16,7 ha yeni yaşıllıq sahəsinin salınması ilə bağlı torpaq hazırlığı işləri aparılır və bu ilin sonunadək həmin ərazilərdə yaşıllıqların salınması nəzərdə tutulur”.

Vüqar Kərimov söyləyib ki, ərazilərdə biomüxtəlifliyin artırılması və ekosistemin bərpası tədbirləri çərçivəsində Cəbrayıl rayonu ərazisinə 33 baş ceyran, Laçın rayonu ərazisinə 5 Şahin quşu, 4 baş Şərqi Qafqaz turu və 10 kəklik quşu, eləcə də Kəlbəcər rayonuna Bezoar keçilərinin reintroduksiyası məqsədilə 3 baş keçi Göygöl Milli Parkının 6-cı kvartalından Murovdağ istiqamətinə buraxılıb.

“Cari ilin sonunadək daha bir fauna növünün işğaldan azad edilmiş ərazilərə reintroduksiyası nəzərdə tutulur. Həmçinin su bioresurslarının artırılması məqsədilə işğaldan azad edilmiş ərazilərdən axan çaylardan ümumilikdə 1,1 milyondan çox qızılxallı forel və çəki cinsli (ağ amur, ağ qalın alın) balıq körpələri buraxılıb”, - o qeyd edib.


Geri dön