Ana Sayfa > Karusel / Dünya > Zaxarova: Amerikalı konqressmenlər öz ölkəsindəki problemlərlə məşğul olsunlar
Zaxarova: Amerikalı konqressmenlər öz ölkəsindəki problemlərlə məşğul olsunlar9-10-2024, 20:55. Yazar: Admin |
Amerikalı konqressmenlər öz ölkəsindəki problemlərlə məşğul olsunlar. Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ konqressmenlərinin Azərbaycana qarşı sanskiyalar tətbiq etməsi ilə bağlı Dövlət Departamentinə müraciət etməsinə münasibət bildirərkən deyib. “Məndə elə təəssürat var ki, amerikalı konqressmenlər beynəlxalq lobbiçilik etdiklərinə görə pul alırlar, onlar bunu gizlətmirlər də, lakin məncə, onların öz ölkələrində məşğul olacaqları şeylər var. Söhbət qlobal panamerikan skandalı ilə bağlı üzə çıxan dəhşətli faktlar, bütün bu Hollivud “tusovka”larından, onların on illiklər ərzində uşaqları necə korlamalarından gedir. Bütün bunlar ondan xəbər verir ki, amerikalı konqressmenlərin öz evlərində məşğul olacağı iş var. Əgər onlar öz seçici mövqelərinə beynəlxalq lobbiçilikdən pul qazanmaq biznesi kimi baxırlarsa, o zaman bütün bunların adını dəyişib, strukturun adını konqress yox, nə bilim, “Amerika lobbisi, “Lobbiçiliklə bağlı agentlik” qoymaqları lazımdır. Bura sadəcə pul vəsaiti göndərmək lazımdır və bu insanlar işləyəcəklər. Amerika əhalisinin vətəndaş maraqlarını reallaşdırmaq üçün səlahiyyət verdiyi bu konqressmenlər öz problemləri ilə məşğul olmalıdırlar. Orada (ABŞ-də) baş verənlərə baxmağa güc yoxdur. Baxın, narkotiklərin total şəkildə leqallaşdırılması, uşaqlar üzərində vəhşicəsinə təcrübələr, sonsuz gender manipulyasiyaları, cinayətkarlıq həddini aşıb. Lakin onlar hər zaman başqalarının problemlərinə burun soxurlar”, - deyə Zaxarova söyləyib. Geri dön |