Ana Sayfa > Karusel / Region > KTMT-nin baş katibi: MDB, ŞƏT və KTMT Avrasiyada təhlükəsizliyi möhkəmləndirməlidir
KTMT-nin baş katibi: MDB, ŞƏT və KTMT Avrasiyada təhlükəsizliyi möhkəmləndirməlidir9-10-2024, 16:47. Yazar: Admin |
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, MDB və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Avrasiyada təhlükəsizlik və sabitliyi möhkəmləndirməlidir. Bu, çox mürəkkəb bir tapşırıqdır”. Qarabaginfo.az xəbər verir ki, bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin ali inzibati rəhbər heyətinin 12-ci görüşündə deyib. Tədbirdə KTMT və MDB-nin nizamnamələrinin müddəalarının ŞƏT-in ruhuna uyğunluğu, eləcə də hər üç təşkilatın öz sahəsində Avrasiya regionunda yeni təhlükəsizlik strukturunun formalaşdırılması prinsipinə sadiqliyi vurğulanıb. Görüşdə beynəlxalq aləmdə vəziyyət, eləcə də regional təhlükəsizlik üzrə aktual məsələlər nəzərdən keçirilib, eyni zamanda ölkələrin yeni çağırış və təhlükələrə hazır olmasının vacibliyi barədə fikirlər səslənib. Geri dön |