Ana Sayfa > Karusel / Dünya > KİV: Ukrayna silah ixracına embarqonu aradan qaldırmağı düşünür

KİV: Ukrayna silah ixracına embarqonu aradan qaldırmağı düşünür


9-10-2024, 11:29. Yazar: Admin

KİV: Ukrayna silah ixracına embarqonu aradan qaldırmağı düşünür

Ukrayna tərəfi orduda vəsait çatışmazlığı səbəbindən silah-sursat, habelə pilotsuz uçuş aparatlarının (PUA) ixracına məhdudiyyətləri aradan qaldırmağı nəzərdən keçirir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Financial Times” nəşri yazıb.

Məqalədə bildirilib ki, qərar qəbul olunsa, ixracdan təqribən 20 milyard ABŞ dollarınadək vəsait əldə olunacaq. Bu amil həm də PUA istehsalının artımına səbəb olacaq.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ-nin Avropadakı Qoşunlarının baş komandanı Kristofer Kavoli Ukraynanın hərbi etiyaclarının siyahısını açıqlayıb. Onun sözlərinə görə, hazırda bu dövlətin ordusuna “JASSIM” markalı, “yer-hava” tipli qanadlı raketlər, eləcə də “Link 16” rabitə vasitələrinin göndərilməsi zəruridir.

Sözügedən siyahı artıq ABŞ Konqresinə də təqdim olunub.


Geri dön