Ana Sayfa > Karusel / Dünya > İsrail Suriyada SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb
İsrail Suriyada SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb9-10-2024, 07:47. Yazar: Admin |
İsrail Dəməşqdə SEPAH komandirlərinin olduğu binanı hədəfə alıb. Qarabaginfoşaz xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb. Bildirilib ki, İsrailin Suriyada hava zərbələri endirdiyi bina İnqilab Keşikçiləri Korpusu (SEPAH ) tərəfindən istifadə olunub. Təsdiqlənməmiş məlumata görə, hücum zamanı yüksək səviyyəli SEPAH üzvü ölüb. İsrailin “Channel 12” telekanalı hədəf alınan binanın SEPAH-ın yüksək rütbəli üzvlərinin hərəkət yeri olduğunu və ən azı 4 nəfərin həlak olduğunu bildirib. Geri dön |