Ana Sayfa > Karusel / Gündəm > Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb
Bu il televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb8-10-2024, 15:13. Yazar: Admin |
Audiovizual media sahəsində tənzimləməni və qüvvədə olan normativ hüquqi aktlara əməl edilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə Şura tərəfindən audiovizual yayımçıların proqramlarının monitorinqləri aparılır. 2024-cü ilin 9 ayı ərzində aparılan monitorinqlərin nəticəsi olaraq, televiziya və radio kanallarının efirində 9 ciddi pozuntu faktı aşkarlanıb. Bildirilib ki, həmin faktlara görə yayımçılara 1 ümumi açıqlama ilə tövsiyə-xəbərdarlıq (elektron siqaret reklamları ilə bağlı bütün yayımçılara), 1 rəsmi xəbərdarlıq (erkən nikahın təbliğinə görə “Baku TV”-yə) olunmuş, 4 yayımçının proqramlarının yayımı müvəqqəti dayandırılan (ayrıseçkiliyin təbliğinə görə “MTV” 8 saat, müəllif hüquqlarını pozduğuna görə “ATV”, “ARB” və “ARB Günəş” hərəsi 3 saatlıq), 3 yayımçıya qarşı protokol (“Səhiyyə TV”-də reklamda müvafiq lisenziya məlumatlarının verilməməsinə görə 2 protokol, “İTV”-də “18+” kateqoriyalı məzmunun 6.00-23.00 aralığında verilməsinə görə 1 protokol) tərtib olunaraq məhkəməyə göndərilib.
Geri dön |