Ermənistanın keçmiş baş prokuroru Aqvan Hovsepyan və onunla əlaqəli şəxslərin əmlaklarının müsadirəsi ilə bağlı məhkəməyə müraciət olunub.
Qarabaginfo.az xəbər veir ki, sözügedən addımı Ermənistan Baş Prokurorluğu atıb.
Dövlətin balansına keçirilməsi nəzərdə tutulan əmlak və aktivlərin siyahısında 29 ədəd daşınmaz əmlak, 8 hüquqi şəxsdə iştirak payını təsdiqləyən sənədlər, eləcə də 6 milyon 643 min ABŞ dolları məbləğində vəsait yer alıb.