Ana Sayfa > Karusel / Sosial > Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq


8-10-2024, 12:55. Yazar: Admin

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq

Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq.

Qarabaginfo.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Heyvanlarla rəhmsiz rəftar etdikdə, yəni onlara ağrı, əzab, işgəncə verilməsi, onların döyülməsi və döyüşdürülməsi nəticəsində onları şikəst və ya tələf etdikdə, rəhmsiz rəftarı nümayişkaranə şəkildə, o cümlədən mediada nümayiş etdirilməklə törətdikdə, belə rəftarı təbliğ etdikdə və ya belə rəftara açıq çağırışlar etdikdə və bu cür rəftarı özündə əks etdirən materialları kommersiya məqsədləri üçün istifadə etdikdə həmin şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.


Geri dön