Ana Sayfa > Karusel / Region > Ermənistan Prezidenti: COP29-a qədər Azərbaycanla sülh razılaşması imzalamağa ümid edirik

Ermənistan Prezidenti: COP29-a qədər Azərbaycanla sülh razılaşması imzalamağa ümid edirik


8-10-2024, 11:26. Yazar: Admin

Ermənistan prezidenti Vaaqn Xaçaturyan

 

Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasına qədər Azərbaycanla sülh razılaşmasını imzalamağa ümid edirik.

Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “Reuters“ agentliyinə müsahibəsində deyib.

O bildirib ki, hazırda müqavilənin 3 müddəası müzakirə mrhələsindədir.

Xaçaturyan Türkiyə ilə sərhədlərin üçüncü ölkələrin vətəndaşları üçün açılması üzrə danışıqların "yaxşı getdiyini" açıqlayıb.


Geri dön