Ana Sayfa > Karusel / Dünya > MKİ: Yaxın həftələrdə İran və İsrail arasında gərginlik arta bilər

MKİ: Yaxın həftələrdə İran və İsrail arasında gərginlik arta bilər


8-10-2024, 07:53. Yazar: Admin

MKİ: Yaxın həftələrdə İran və İsrail arasında gərginlik arta bilər

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Börns hesab edir ki, yaxın həftələrdə Yaxın Şərqdə münaqişənin regional gərginliyinin daha da artması təhlükəsi var.

Qarabaginfo.az xəbər verir ki, Corciya ştatında keçirilən bir konfransında çıxış edən Börns həm İsrail, həm də İran liderlərinin genişmiqyaslı müharibəyə can atmamasına baxmayaraq eskalasiya riskinin yüksək olduğunu bildirib.

Münaqişə İsraillə Livandakı “Hizbullah” təşkilatı arasında qarşıdurmanın kəskinləşməsi fonunda, eləcə də İranın İsrailə son raket hücumundan sonra davam edir.

"Biz ciddi nəticələrə səbəb ola biləcək gözlənilməz toqquşmaların və anlaşılmazlıqların potensialını görürük", - deyən Börns, ABŞ üçün ən vacib vəzifənin vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq olduğunu vurğulayıb.

Börns həmçinin qeyd edib ki, İsrailin İranın raket hücumuna necə cavab verməsi ilə bağlı qərarının qlobal bazarlar da daxil olmaqla mühüm nəticələri olacaq.


Geri dön