Ana Sayfa > Karusel / Dünya > Borrell: Heç bir hərbi həll İsrail və Fələstin xalqlarına gələcək gətirməyəcək

Borrell: Heç bir hərbi həll İsrail və Fələstin xalqlarına gələcək gətirməyəcək


7-10-2024, 20:40. Yazar: Admin

Borrell: Heç bir hərbi həll İsrail və Fələstin xalqlarına gələcək gətirməyəcək

Yalnız siyasi həll sülh, təhlükəsizlik və rifah gətirəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin HAMAS-ın İsrailə hücumunun ildönümü ilə bağlı bəyanatında deyilir.

“İrandan İsrailə qarşı raketlərin atılması eskalasiya xarakteri daşıyır və regionu müharibəyə sürükləyir. Həmçinin İordan çayının qərb sahilində baş verən yeni hadisələr xüsusilə narahatlıq doğurur, Aİ ərəb tərəfdaşları ilə birlikdə iki dövlətli həlli həyata keçirmək yolları üzərində yaxından işləyir.

Aİ hesab edir ki, bütün cəbhələrdə dərhal atəşkəs elan edilərək girovların azad edilməsinə nail olmaq gərginliyini azaltmaq üçün yeganə yoldur. İndi əsas addımlara Livanda prezident seçkiləri üçün siyasi prosesin başlanması, Livan Ordusunun Cənuba yerləşdirilməsi, UNIFIL üçün daha güclü mandat və təcili humanitar konfransın keçirilməsi daxildir. İndi atəşkəs vaxtıdır. Sabah çox gec ola bilər”, - deyə Borrell vurğulayıb.


Geri dön