Ana Sayfa > Karusel / Region > Səfir: Aİ-nin Gürcüstanla üzvlük danışıqlarına başlaması ehtimalı azdır
Səfir: Aİ-nin Gürcüstanla üzvlük danışıqlarına başlaması ehtimalı azdır7-10-2024, 14:25. Yazar: Admin |
Avropa Komissiyasının genişlənmə hesabatında Gürcüstanla bağlı müsbət qiymətləndirmənin olması ehtimalı azdır. Qarabaginfo.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Gürcüstandakı səfiri Pavel Herçinski deyib. O, Aİ-nin Gürcüstanla üzvlük danışıqlarına başlaması ehtimalının çox az olduğunu əlavə edib. Səfir yaxın günlərdə Gürcüstandakı cari vəziyyətin 27 üzv ölkə arasında müzakirə ediləcəyini qeyd edib. Diplomat əlavə edib ki, oktyabrın 8-də Gürcüstanla bağlı parlament debatı keçiriləcək və Aİ-nin Ali Nümayəndəsi həmin debata çıxış üçün dəvət edilib. Oktyabrın 14-də isə Aİ-nin xarci işlər nazirlərinin iclası keçiriləcək və Gürcüstan rəsmi şəkildə görüşün gündəliyinə əlavə edilib. Parvel Herçinski Aİ-nin genişlənmə hesabatının Gürcüstandakı seçkilərdən bir neçə gün əvvəl dərc ediləcəyini bildirib. Geri dön |