Ana Sayfa > Karusel / Gündəm > Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb

Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb


28-10-2020, 10:13. Yazar: Admin

 

Bu gün ermənilər Tərtərə 30-a yaxın mərmi atıb

Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir.

Qarabaginfo.az "Report"a istinadən xəbər verir ki, səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır.

Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb.

Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.


Geri dön