Ana Sayfa > Karusel / Dünya > Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa çatıb

Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa çatıb


6-10-2024, 21:37. Yazar: Admin

Qazaxıstanda AES tikintisinə dair referendumda səsvermə başa çatıb

Qazaxıstanda ölkədə atom elektrik stansiyasının (AES) tikintisinə dair keçirilən referendumda səsvermə başa çatıb.

Qarabaginfo.az xəbər verir ki, artıq saat 14.00-a qədər seçicilərin 51,77 faizi səs verdiyi, beləliklə, 50 faizlik baryer aşıldığına görə artıq referendum baş tutmuş sayılıb.

Saat 18.00-a seçici fəallığı 61,56 faiz olub. Saat 20.00-da başa çatan referendumda yekun seçici fəallığı yaxın saatlarda açıqlanacaq.

Qeyd edək ki, ölkədə AES tikilməsi üçün referendumda səs verənlərin 50 faizindən çoxunun bu qərarı dəstəkləməsi lazımdır. Referendumun nəticəsi səsvermədən sonra 7 gün ərzində açıqlanmalıdır.


Geri dön