Ana Sayfa > Karusel / Dünya > Netanyahu Makronun İsrailə silah embarqosuna çağıran bəyanatını biabırçılıq adlandırıb
Netanyahu Makronun İsrailə silah embarqosuna çağıran bəyanatını biabırçılıq adlandırıb6-10-2024, 10:00. Yazar: Admin |
İsrailin Baş naziri Benyamin Netanyahu Fransa Prezidenti Emmanuel Makronun Qəzzadakı münaqişənin həlli üçün İsrailə silah tədarükünü dayandırmağa çağıran bəyanatlarına sərt cavab verib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Netanyahu Fransa liderinin sözlərini biabırçılıq adlandırıb və ölkəsinin Qərbin köməyi olmadan belə bütün rəqiblərini məğlub edəcəyini bildirib. “İsrail İranın başçılıq etdiyi vəhşi qüvvələri ilə mübarizə apararkən, bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır. Bununla belə, Prezident Makron və bəzi digər Qərb liderləri İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Bu biyabırçılıqdır” Geri dön |