Ana Sayfa > Karusel / Dünya > Münaqişə başlayan gündən İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub

Münaqişə başlayan gündən İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub


4-10-2024, 23:18. Yazar: Admin

Münaqişə başlayan gündən İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub

Yaxın Şərqdə münaqişənin demək olar ki, bir il davam edən gərginləşməsi zamanı İsrailin zərbələri nəticəsində 2 mindən çox Livan sakini həlak olub, 9,5 minə yaxını isə yaralanıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə fövqəladə hallara operativ reaksiya mərkəzinin koordinatoru, respublikanın ətraf mühit naziri Nasser Yasin məlumat verib.

“Son 24 saat ərzində 153 hava hücumu qeydə alınıb, nəticədə 37 nəfər ölüb, 151 nəfər isə yaralanıb. ", - deyə o bildirib bildirib.

Onun sözlərinə görə, ölkədə döyüşlər nəticəsində evlərini tərk etməyə məcbur olmuş köçkünlər üçün 931 mərkəz var.

Rəsmi statistikaya görə, bu mərkəzlərdə 172,1 min nəfər yerləşdirilib.


Geri dön