Ana Sayfa > Karusel / Dünya > Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib

Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib


4-10-2024, 20:39. Yazar: Admin

Azərbaycan Bosniya və Herseqovinaya başsağlığı verib

Azərbaycanın Xarici İşlər Nazirliyi Bosniya və Herseqovinada baş verən təbii fəlakət nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Qarabaginfo.az xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib.

“Bosniya və Herseqovinanın Yablanika şəhərində torpaq sürüşməsi və daşqınların törətdiyi və çoxlu sayda insanın ölümü, yaralanması və itkin düşməsinə səbəb olan dəhşətli dağıntılar xəbəri bizi dərindən kədərləndirir. Qurbanların yaxınlarına başsağlığı verir, yaralananların tezliklə sağalacağına ümid edir, Bosniya və Herseqovina ilə həmrəy olduğumuzu bildiririk”, - paylaşımda deyilir.


Geri dön