Ana Sayfa > Karusel / Siyasət > Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb

Lavrov Əfqanıstanın aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb


4-10-2024, 11:36. Yazar: Admin

 

Middle East on cusp of major war, says Lavrov

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərbi Əfqanıstanın mənimsənilmiş aktivlərini qaytarmağa və sanksiyaları ləğv etməyə çağırıb.

Qarabaginfo.az xəbər verir ki, Lavrov bu barədə bu gün Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda deyib.

O, həmçinin qeyd edib ki, Rusiya tərəfi Əfqanıstanın regionda terrorizmlə mübarizə səylərini dəstəkləyir.

"Rusiya Federasiyası Əfqanıstan hakimiyyətinin regionda terror təhlükəsinin qarşısını almaq üçün səylərini dəstəkləyir", - deyə Lavrov vurğulayıb.

Qeyd edək ki, Əfqanıstanla bağlı Moskva formatında keçirilən toplantıda Taliban hökumətinin xarici işlər naziri səlahiyyətlərini icra edən Əmir Xan Möttəki də iştirak edir.


Geri dön